...

Demensiyanın inkişafına yol açan “gizli faktor” müəyyən edilib

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 11:10 (UTC +04:00)
Demensiyanın inkişafına yol açan “gizli faktor” müəyyən edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Havanın nəqliyyat vasitələri, sənaye tullantıları və meşə yanğınları zamanı ayrılan xırda dispers hissəciklərinin (PM2.5) uzunmüddətli təsiri Levi cisimcikləri ilə müşayiət olunan demensiyanın inkişafı ilə əlaqələndirilib.

Trend xəbər verir ki, bu haqda elmi məqalə “Nature” jurnalında dərc olunub.

Aparılan tədqiqat 56 milyondan çox insanın məlumatlarını əhatə edib.

Alimlər müəyyən ediblər ki, çirkli hava özlüyündə bu tip demensiyalara səbəb olmur, lakin genetik meyilliliyi olan insanlarda onların inkişafını əhəmiyyətli dərəcədə sürətləndirir.

Təhlil göstərib ki, PM2.5 səviyyəsi yüksək olan ərazilərdə yaşayanlarda Levi cisimcikli ağır demensiya ilə xəstəxanaya düşmə riski 12 faiz artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti