...

Avropa İttifaqı nümayəndələri Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 09:33 (UTC +04:00)
Avropa İttifaqı nümayəndələri Vaşinqtonda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının nümayəndələri sentyabrın 8-də Birləşmiş Ştatlara səfər zamanı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Trend xəbər verir ki, bu barədə "Associated Press" öz mənbələrinə istinadən məlumat yayıb.

“Avropalı rəsmi şəxslərdən ibarət komanda bazar ertəsi Rusiyaya qarşı müxtəlif iqtisadi təzyiq formalarını, o cümlədən, sanksiyaları müzakirə etmək üçün ABŞ Maliyyə Nazirliyinə baş çəkəcəklər”, - deyə məlumatda qeyd olunur.

Məlumata əsasən, nümayəndə heyətinə Avropa İttifaqının sanksiya məsələləri üzrə nümayəndəsi David O’Sallivan başçılıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti