...

İndoneziyada davam edən etirazlarda azı 10 nəfər həlak olub

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 10:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyada ölkəni bürümüş etiraz aksiyalarında baş verən toqquşmalarda azı 10 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə “Jakarta Globe” nəşri yazır.

Nəşrin məlumatına görə, qurbanların bir qismi asayiş keşikçiləri ilə etirazçılar arasında yaranan qarşıdurmada, digərləri isə bəzi əyalətlərdə elə aksiya iştirakçıları tərəfindən törədilmiş zorakılıqlar nəticəsində həyatlarını itiriblər.

Qeyd edək ki, İndoneziyada ölkə boyunca etiraz aksiyaları avqustun 25-dən etibarən davam edir. Etiraz dalğası bir qrup fəalın parlament qarşısına toplaşaraq korrupsiyaya qurşanmış məmurların aktivlərinin müsadirə olunması, deputatların əmək haqqının artırılması, qanunverici orqanın buraxılması, parlamentin buraxılmasını tələb etməsi ilə başlayıb.

Avqustun 28-də Cakartada keçirilən aksiyada polis avtomobili bir taksi sürücüsünün üzərindən keçərək onu ölümcül yaralayıb. Bu insident ölkə bir çox şəhərlərində etiraz aksiyalarına yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti