...

İsrail Qəzzanın cənubunda yeni humanitar zonanın yaradılmasını elan edib

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 11:09 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza bölgəsinin cənubunda yerləşən Xan Yunis rayonunda yeni humanitar zonanın yaradılmasını elan edib.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Ordunun Qəzzanın şimalında əməliyyatları intensivləşdirdiyi bir vaxtda cənubda yaradılan humanitar zonada səhra xəstəxanaları qurulacaq, həmin əraziyə su təchizatı xətləri çəkiləcək.

Bundan başqa, zonanın mütəmadi olaraq ərzaq, çadır, tibbi vasitələr və ləvazimatlarla təchiz olunacağı, zonadakı fəaliyyətin isə BMT və başqa beynəlxalq təşkilatlarla əlaqələndiriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti