...

İncəsənət məktəblərinə qəbulun nəticələri açıqlandı

Cəmiyyət Materials 6 Sentyabr 2025 12:10 (UTC +04:00)
İncəsənət məktəblərinə qəbulun nəticələri açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər nəticələrlə qeydiyyat etdikləri "MyCulture" vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti