...

Həftəsonu bölgələrə avtomobil axını ilə bağlı ÇAĞIRIŞ

Hadisə Materials 6 Sentyabr 2025 09:17 (UTC +04:00)
Həftəsonu bölgələrə avtomobil axını ilə bağlı ÇAĞIRIŞ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.

BDYPİ-dən verilən açıqlamada qeyd olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti