...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 6 Sentyabr 2025 12:33 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +27 dərəcədən +30 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80%, gündüz 45-50% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +30 dərəcədən +35 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti