...

Azərbaycan boksçusu dünya çempionatında ilk görüşündə qələbə qazanıb

İdman Materials 6 Sentyabr 2025 11:13 (UTC +04:00)
Azərbaycan boksçusu dünya çempionatında ilk görüşündə qələbə qazanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Boks Federasiyasından Trend-ə bildirilib ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kiloqram) Səidcəmşid Cəfərov (75 kiloqram) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

Xəbər lenti

Xəbər lenti