...

Beyləqanda daha bir yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Hadisə Materials 6 Sentyabr 2025 10:32 (UTC +04:00)
Beyləqanda daha bir yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub.

Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.

N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti