Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,23 ABŞ dolları və ya 0,33% artaraq 69,72 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 71,25 dollar/barel, minimum isə 67,48 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 ABŞ dolları və ya 0,4% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,76 dollar/barel, minimum isə 66,01 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,37 ABŞ dolları və ya 0,66% artaraq 56,51 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 58,01 dollar/barel, minimum isə 54,33 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,25 dollar və ya 0,37% bahalaşaraq, 67,75 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 69,43 dollar/barel, minimum isə 65,36 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
01.09.2025 |
02.09.2025 |
03.09.2025 |
04.09.2025 |
05.09.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$70,54 |
$71,25 |
$69,88 |
$69,47 |
$67,48 |
$69,72 |
Azeri Light FOB Ceyhan |
$69,06 |
$69,76 |
$68,40 |
$68,00 |
$66,01 |
$68,25 |
Urals (EX NOVO) |
$57,47 |
$58,01 |
$56,52 |
$56,21 |
$54,33 |
$56,51 |
Dated Brent |
$68,91 |
$69,43 |
$67,71 |
$67,32 |
$65,36 |
$67,75 |