Bakı. Trend:
Almaniyanın Baden-Vürttemberq əyalətinin Lauxrinqen şəhərində supermarketdə dam örtüyü çöküb.
Trend yerli mediaya istinadla xəbər verir ki, dörd nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə anında mağazada 26 nəfər (müştəri və işçilər) olub. Qəzadan sonra əraziyə xilasetmə qüvvələri, təcili yardım briqadaları və helikopter cəlb edilib, insanlar dərhal təxliyə olunub.
Hazırda çökmənin səbəbləri araşdırılır.