Bakı. Trend:
Polşanın paytaxtı Varşava ətrafında yerləşən hərbi poliqonda partlayış baş verib.
Trend xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb.
Hərbi Jandarmeriyanın açıqlamasında bildirilib ki, Mazoviya Hərbi Jandarm İdarəsi istehkamçılardan ibarət patrul ilə birlikdə aparılan təhqiqat zamanı giriş qadağasına baxmayaraq poliqon ərazisinə daxil olan şəxslərin partlayıcı qurğunu işə salması nəticəsində insident baş verib.
Partlayıcı qurğunun mənşəyi və hadisənin dəqiq şəraiti araşdırılır.