Bakı. Trend:
ABŞ-nin İndiana ştatının Nyuburq şəhərində yerləşən PBTT zavodunda yanğın başlayıb.
Trend xəbər verir ki, WFIE telekanalının məlumatına görə, müəssisə ərazisində kimyəvi maddələr yanıb. Yanğının səbəbi hələlik məlum deyil.
Yerli hakimiyyət sakinlərə evdə qalmağı, pəncərə və qapıları bağlı saxlamağı tövsiyə edib.
Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.