...

SOCAR ilə “UCC Holding” arasında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb

İqtisadiyyat Materials 6 Sentyabr 2025 20:18 (UTC +04:00)
SOCAR ilə “UCC Holding” arasında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, “UCC Holding”in sədri Moutaz əl-Xayyatın və digər yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və “UCC Holding”in prezidenti Ramez əl Xayyat imzalayıblar.

Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verəcək.

Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və “UCC Holding”in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti