...

Beyləqanda kafedə silahlı insident - Xəsarət alanların kimliyi bilindi (YENİLƏNİB)

Hadisə Materials 6 Sentyabr 2025 15:14 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub.

Trend-in Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, rayonun Şahsevən qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fırzəliyev Zamiq Nürəli oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən qəsəbə sakini - 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun isə hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

xxx

14:04

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.

Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti