...

Venesuela qırıcıları ABŞ hərbi gəmisi üzərində uçuşlar həyata keçirib

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 14:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela hərbi hava qüvvələrinə məxsus qırıcılar bir neçə gün əvvəl beynəlxalq sularda üzən ABŞ-nin hərbi dəniz donanmasına aid gəmisi üzərində uçuşlar həyata keçirib.

Trend xəbər verir ki, bu barədə CBS telekanalı Pentaqondan olan adı açıqlanmayan vəzifəli şəxslərə istinadən məlumat yayıb.

Məlumata görə, ilk belə insident cümə axşamı səhər saatlarında, ikinci isə cümə günü gecə saatlarında qeydə alınıb. Bir neçə F-16 qırıcısı esminesə çox yaxın məsafəyə qədər yaxınlaşıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında amerikalı hərbçilərin beynəlxalq sularda Venesulanın “Tren de Aragua” narkokartelinin 11 üzvünü zərərsizləşdirdikləri barədə bəyanat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti