Bakı. Trend:
Londonda, Parlament Meydanında “Palestine Action” təşkilatının qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada gərgin anlar yaşanıb.
Trend xəbər verir ki, Reuters-in məlumatına görə, nümayiş zamanı zorakılıq halları qeydə alınıb və onlarla iştirakçı saxlanılıb. Şahidlərin sözlərinə görə, polis dəyənəklərdən istifadə edib və saxlanılanlardan biri qan içində qalıb. Təşkilatçılar aksiyada təxminən 1500 nəfər iştirak etdiyini bildiriblər.
Metropolitan Polisi açıqlayıb ki, hüquq-mühafizə əməkdaşları həm fiziki, həm də şifahi hücuma məruz qalıb. Əməliyyata London şəhər polisi də cəlb olunub, bölgədə isə 8 polis avtomobili saxlanılanları aparmaq üçün hazır vəziyyətdə gözləyib.