...

Qazaxda yol-nəqliyyat qəzasında 3 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 6 Sentyabr 2025 22:44 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “VAZ-2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti