...

Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub (FOTO)

İdman Materials 6 Sentyabr 2025 23:24 (UTC +04:00)
Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında fərdi mübarizələr başa çatıb.

Trend xəbər verir ki, Azərbaycan milli komandası qitə birinciliyini 3 medalla tamamlayıb.

İlk yarış günündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək, qızıl medal qazanıb. Nizami İmranov (66 kiloqram) isə turniri bürünc medalla tamamlayıb.

Daha əvvəl yeniyetmələr arasında ikiqat dünya çempionu olan Nihad Məmişov karyerasında ilk dəfə Avropa çempionatının qızıl medalına sahib çıxıb. Məhəmməd Musayev gənclər arasında 66 kiloqram çəkidə Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb. Daha bir əlamətdar nailiyyət isə Nizami İmranovun ardıcıl üçüncü il qitə turnirində medal qazanması olub.

Qeyd edək ki, Fərid Qarayev (60 kiloqram) yarışı 5-ci, Əbil Yusubov isə 7-ci pillədə başa vurub. Aktivində 2 qızıl və 1 bürünc medal olan Azərbaycan yığması 43 ölkənin mübarizəsində oğlanlar arasında birinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti