...

İngiltərədə kilsənin bir hissəsi uçub

Dünya xəbərləri Materials 6 Sentyabr 2025 21:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Qərbi Yorkşir bölgəsindəki keçmiş Viktoriya dövrünə aid kilsənin bir hissəsi küçəyə çökmüşdür.

Trend-in məlumatına görə, hadisə Klekhiton şəhərində, Bradford yolu üzərində baş verib. Hadisə yerinə polis və yanğınsöndürən briqadaları cəlb olunub. Polis nümayəndəsi bildirib ki, insident nəticəsində xəsarət alan olmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə iri daş parçalarının küçəyə dağıldığı və binanın fasadının bir hissəsinin uçduğu görünür.

Hadisədən sonra Bradford yolu nəqliyyat üçün bağlanıb.

Xəbər lenti

Xəbər lenti