Bakı. Trend:
Estoniya öz elektrik şəbəkəsini Fin körfəzinin dibi boyunca Finlandiya ilə birləşdirəcək üçüncü xəttin – "Estlink 3"ün layihələndirilməsinə başlayıb.
Trend xəbər verir ki, bu, artıq fəaliyyət göstərən "Estlink 1" və "Estlink 2" xətlərinə əlavə olacaq.
Layihə çərçivəsində Tallin ətrafında elektrik şəbəkəsi gücləndiriləcək, paytaxtın Xaryumaa bölgəsində əlavə infrastruktur elementləri tikiləcək. Həmçinin, xətt Aulepa sahil kəndində sahilə çıxaraq Estoniya şəbəkəsinə qoşulacaq.
Elering enerji operatorunun layihə meneceri Brenda Pent
bildirib:
"Biz "Estlink 3"ün gücünə uyğun ötürməni təmin edəcək və gələcəkdə
Estoniyanın qərbində elektrik şəbəkəsinin əlavə inkişafını mümkün
edəcək əlaqəni planlaşdırırıq."