...

Yunanıstanda meşə yanğınları genişlənir: 50 min hektar ərazi məhv olub

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 02:57 (UTC +04:00)
Yunanıstanda meşə yanğınları genişlənir: 50 min hektar ərazi məhv olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın müvafiq dövlət qurumları ölkədə meşə yanğınlarının miqyasının artmaqda olduğunu açıqlayıb.

Trend xəbər verir ki, rəsmi məlumatlara görə, ilin əvvəlindən bəri ölkədə 7 minə yaxın yanğın hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində təxminən 50 min hektar meşə və kənd təsərrüfatı sahəsi məhv olub.

Mütəxəssislər bildirirlər ki, hadisələrin 80 faizi insan amili ilə bağlıdır. Son günlərdə keçirilən xüsusi əməliyyatlarda qəsdən yanğın törədən şəxslər saxlanılıb.

Daxili işlər naziri Yanis Kefaloyannis qeyd edib ki, ölkədə yanğın təhlükəsi mövsümü oktyabrın sonuna qədər davam edəcək.

Rəsmi Afina yanğınların qarşısının alınması, fövqəladə tədbirlərin gücləndirilməsi və əhalinin daha diqqətli davranması üçün əlavə çağırışlar edib.

Xəbər lenti

Xəbər lenti