Bakı. Trend:
Polşanın Maydan-Seleç kəndi yaxınlığında pilotsuz təyyarə olduğu güman edilən naməlum obyekt düşüb.
Trend xəbər verir ki, hadisə zamanı obyektin yaşayış binalarından təxminən 500 metr aralıda uçduğu bildirilib. Hadisə yerinə polis və təcili yardım xidmətləri cəlb olunub.
Qeyd olunur ki, Maydan-Seleç Tomaşuv-Lubelski şəhərinin şimalında yerləşir və 200-dən çox əhalisi var.