...

Azərbaycan cüdoçuları Avropa çempionatının üçüncü günündə medal qazana bilməyiblər

İdman Materials 6 Sentyabr 2025 17:52 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa çempionatının üçüncü günündə medal qazana bilməyiblər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın daha dörd cüdoçusu Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən gənclər arasında Avropa çempionatında mübarizəyə start verib.

Trend xəbər verir ki, yarışın üçüncü günündə Aslan Kotsoyev ( 90 kiloqram ), Davud Namazlı (100 kiloqram), Süleyman Şükürov (100 kiloqram) və Nigar Süleymanova (78 kiloqram) qüvvələrini sınayıblar.

A.Kotsoyev 1/8 finalda, digərləri isə ilk görüşlərdə məğlub olublar.

Sentyabrın 7-də Avropa çempionatında komanda yarışları baş tutacaq.

Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıblar.

Xəbər lenti

Xəbər lenti