...

Ağcabədidə ağır yol qəzası baş verib (FOTO)

Hadisə Materials 6 Sentyabr 2025 19:43 (UTC +04:00)
Ağcabədidə ağır yol qəzası baş verib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Hindarx–Borsunlu avtomobil yolunun Poladlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrə nişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti