...

Azərbaycan və Qətərin "Power International Holding" şirkəti arasında birgə layihələrin icrası imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 6 Sentyabr 2025 16:32 (UTC +04:00)
Azərbaycan və Qətərin "Power International Holding" şirkəti arasında birgə layihələrin icrası imkanları dəyərləndirilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qətərin "Power International Holding" şirkəti arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Qətərə səfərimiz çərçivəsində bu ölkənin "Power International Holding" şirkətinin prezidenti və baş icraçı direktoru Ramez Al-Xayyat ilə görüş keçirdik. İqtisadi sahədə qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətini vurğuladıq. Şirkətlə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanlarını nəzərdən keçirdik", - deyə paylaşılmda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti