Bakı. Trend:
Fransanın şimal-qərbində faciəvi yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, AFP agentliyinin məlumatına görə, Manş departamentinin Piru şəhərində avtomobilin izdihama girməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Məlumata əsasən, avtomobildə olan iki sərnişin də xəsarət alıb.
Rəsmi açıqlamada bildirilib: “Sahildə yerləşən Piru şəhərində avtomobilin insanları vurması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Təcili yardım xidmətləri altı zərərçəkənə yardım göstərib: dörd piyada və avtomobildə olan iki sərnişin”.
Hadisənin səbəbləri barədə əlavə məlumat verilməyib.