...

Əfqanıstanda axtarış-xilasetmə əməliyyatı başa çatıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 04:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını dayandırıb.

Trend xəbər verir ki, Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzənin sözlərinə görə, zəlzələ nəticəsində 2204 nəfər həlak olub, təxminən 4000 nəfər yaralanıb.

Zəlzələnin episentrinə yaxın bölgənin rəhbərliyi bildirir ki, çadır çatışmazlığı səbəbindən zərərçəkənlərin və məcburi köçkünlərin yerləşdirilməsi ciddi problemə çevrilib.

Xəbər lenti

Xəbər lenti