...

Yaponiya sahil mühafizəsi gəmilərini “Starlink” interneti ilə təchiz edəcək

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 06:34 (UTC +04:00)
Yaponiya sahil mühafizəsi gəmilərini “Starlink” interneti ilə təchiz edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya sahil mühafizəsi rabitə imkanlarını gücləndirmək üçün gəmilərində “Starlink” peyk internetindən istifadə etməyi planlaşdırır.

Trend “Nikkei”yə istinadən xəbər verir ki, 2026-cı ilin martınadək 66 gəmi, növbəti il isə əlavə 16 gəmi “Starlink” avadanlığı ilə təchiz ediləcək. Sistem, xüsusilə Tokio ilə Pekin arasında mübahisəli Senkaku (Diaoydau) adaları yaxınlığında patrul missiyalarında tətbiq olunacaq.

Bundan başqa, dörd hidroqrafik tədqiqat gəmisi də “Starlink” bağlantısı ilə təmin ediləcək. Cari maliyyə ili üçün layihəyə 4,26 milyard ien (təxminən 29 milyon dollar) ayrılıb. Bu vəsait “Starlink” terminallarının quraşdırılmasına, şifrələnmiş rabitə avadanlıqlarına və kiberhücumlara qarşı müdafiə texnologiyalarına sərf ediləcək.

Hazırda sahil mühafizəsi sabit peyk rabitəsindən istifadə edir, lakin “Starlink”in hava şəraitindən daha az asılı və kiberhücumlara qarşı davamlı olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti