...

Microsoft Azure istifadəçiləri gecikmələrlə üzləşə bilər

Turizm Materials 7 Sentyabr 2025 06:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Microsoft Azure istifadəçiləri Qırmızı dəniz kabel zədələnməsi səbəbindən gecikmələrlə üzləşə bilər.

Bakı. Trend:

“Microsoft” Qırmızı dənizdəki bir neçə beynəlxalq sualtı fiber optik kabelin zədələnməsi səbəbindən Azure bulud platformasında gecikmələrin mümkün olduğunu açıqlayıb.

Trend xəbər verir ki, Asiya və Avropa regionlarından, Yaxın Şərqdən keçən trafik kabel zədəsi səbəbindən gecikmələrlə üzləşə bilər. Korporasiya kabellərin bərpasının vaxt alacağını və zədənin səbəbinin hələ dəqiqləşdirilmədiyini bildirib.

Bloomberg qeyd edir ki, Qırmızı dəniz Avropanı Afrika və Asiya ilə birləşdirən vacib telekommunikasiya marşrutudur. Nəşr xəbərdarlıq edib ki, Yəməndə fəaliyyət göstərən Husi üsyançıları və “Əənsar Allah” hərəkatının gəmilərə hücumları sualtı kabellərin təmirini çətinləşdirə bilər.

Xəbər lenti

Xəbər lenti