...

ABŞ ilə nüvə danışıqları vasitəçilər üzərindən davam edir - Tehran

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 01:45 (UTC +04:00)
ABŞ ilə nüvə danışıqları vasitəçilər üzərindən davam edir - Tehran
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Tehran və Vaşinqton nüvə proqramı ilə bağlı böhranın həlli məsələsində vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirir.

Trend-in “Tasnim”ə istinadən xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, ABŞ qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduğu gün İran da buna hazır olacaq:
"Hüquqlarımıza və maraqlarımıza hörmət edilməlidir."

Nazirin sözlərinə görə, Tehran əvvəlki şərtlərlə danışıqlar masasına qayıtmayacaq, mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivə üzərində razılaşmaq lazım gələcək.

O həmçinin vurğulayıb ki, Avropa ölkələri ilə də BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarının bərpası təşəbbüsü ilə bağlı danışıqlar aparılır:
"Böyük Britaniya, Almaniya və Fransa böyük səhv edərək 'snapback' mexanizminə müraciət etdilər. Bu, vəziyyəti daha da mürəkkəbləşdirdi. Danışıqlar davam edir və ümid edirəm ki, qarşılıqlı anlaşmaya nail olacağıq."

Xəbər lenti

Xəbər lenti