...

Sevilyada barda atışma baş verib

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 03:56 (UTC +04:00)
Sevilyada barda atışma baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Sevilya əyalətində silahlı insident baş verib.

Trend EFE agentliyinə istinadla xəbər verir ki, Karmona bələdiyyəsinə bağlı Los Nietos yaşayış massivindəki barda naməlum şəxslərin açdığı atəş nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, iki silahlı şəxs bara daxil olaraq atəş açıb. İlkin məlumata əsasən, ölənlərdən biri müəssisənin sahibi, digəri isə cinayətkarları dayandırmağa çalışan ziyarətçi olub.

Hücumdan sonra silahlılar hadisə yerindən qaçaraq şəhər istiqamətində gizləniblər. Onların axtarışı davam etdirilir.

Hadisə ilə bağlı Mülki Qvardiya araşdırmaya başlayıb.

Xəbər lenti

Xəbər lenti