Bakı. Trend:
ABŞ-nin Minnesota ştatında, Eyrleyk hava limanı yaxınlığında "Robinson R66" tipli helikopter qəzaya uğrayıb.
Trend "Fox News"a istinadən xəbər verir ki, qəzadan sonra hava gəmisində yanğın baş verib.
Helikopteri fövqəladə hallar xidməti əməkdaşları şənbə günü, yerli vaxtla saat 14:45-də aşkar ediblər.
Məlumata görə, helikopterdə olan şəxslərin heç biri sağ qalmayıb. Onların sayı barədə hələlik açıqlama verilmir.
Hadisə ilə bağlı araşdırmanı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparacaq.