Bakı. Trend:
Xorvatiya və Sloveniya Zaqrebdə hərbi əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.
Trend xəbər verir ki, bu barədə RTS məlumat yayıb.
Sloveniya Müdafiə Nazirliyinin rəhbəri Borut Şayoviç bildirib ki, Zaqreb və Lyublyana Qərbi Balkanlarda, xüsusilə Kosovo və Metohiya, eləcə də Bosniya və Herseqovinada sülhün qorunmasında "böyük məsuliyyət" daşıyırlar.
Eyni zamanda, Serbiya Prezidenti Aleksandar Vuçic iki ölkə arasında hərbi ittifaqı "həm Serbiya dövlətinə, həm də Serbiya vətəndaşlarına qarşı qeyri-dostluq" kimi qiymətləndirib.