...

Bitkoinin qiyməti 111 min ABŞ dollarının altına düşüb

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 08:35 (UTC +04:00)
Bitkoinin qiyməti 111 min ABŞ dollarının altına düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın aparıcı kriptovalyutası bitkoin son 24 saat ərzində 1,88% ucuzlaşaraq 110,89 min ABŞ dollarına satılıb.

Trend xəbər verir ki, bununla onun bazardakı kapitallaşması 2,2086 trilyon ABŞ dolları səviyyəsinə enib.

Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan Ethereum isə eyni dövrdə 3,79% ucuzlaşaraq 4,3 min ABŞ dollarına düşüb.

Ümumilikdə, kriptovalyuta bazarının toplam dəyəri son sutkada 1,51% azalaraq 3,81 trilyon ABŞ dollarına endiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti