...

Tovuzda yol qəzasında sürücü xilas edilib (VİDEO)

Hadisə Materials 7 Sentyabr 2025 08:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Tovuz rayonunun Qovlar şəhərində yol qəzası barədə məlumat daxil olub.

Trend xəbər verir ki, FHN-in açıqlamasına əsasən, “Nissan Note” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü – 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlərin köməyi ilə sürücünü çıxararaq təcili tibbi yardıma təhvil veriblər. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti