Bakı. Trend:
82-ci Venesiya Film Festivalının qalibi bəlli olub. Hollivud rejissoru Cim Carmuşun çəkdiyi “Ata, Ana, Bacı, Qardaş” filmi festivalın əsas mükafatı – “Qızıl şir”ə layiq görülüb.
Trend “Variety”yə istinadən xəbər verir ki:
Dueyn Consonun rol aldığı “Crash Machine” idman filmi “Gümüş şir”lə mükafatlandırılıb.
Festivalın Qran-pri mükafatını tunisli rejissor Kauter Ben Haniya “The Voice of Hind Rajab” filmi ilə qazanıb.
“Üfüqlər” proqramında isə qaliblər belədir:
Ən yaxşı film – Devid Pablosun “En el camino” (Yolda) filmi,
Ən yaxşı rejissor – “Songs of Forgotten Trees” filminə görə Anuparna Roy,
Ən yaxşı aktyor – Cakomo Kovi,
Ən yaxşı aktrisa – Benedetta Porkaroli.
Ümumilikdə, festivalın əsas müsabiqəsində 21 film yarışıb.