Bakı. Trend:
Kamçatkada 5,5 bal gücündə zəlzələ qeydə alınıb
Trend xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələnin mənbəyi 69,2 km dərinlikdə yerləşib və Petropavlovsk-Kamçatskidən 271 km aralıda baş verib.
Hazırda zəlzələnin fəsadları barədə məlumat verilmir.