...

DÇ-2026-nın seçmə mərhələsi: 6-cı turun görüşləri davam edir

İdman Materials 8 Sentyabr 2025 08:34 (UTC +04:00)
DÇ-2026-nın seçmə mərhələsi: 6-cı turun görüşləri davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin 6-cı turunun görüşləri davam edir.

Trend xəbər verir ki, oyun günündə daha 7 qarşılaşma keçiriləcək.

B qrupunda İsveçrə Sloveniyanı, Kosovo isə İsveçi qəbul edəcək. C qrupunda Danimarka Yunanıstanın, Şotlandiya isə Belarusun qonağı olacaq.

Günün diqqət çəkən qarşılaşmalarından biri İsrailin İtaliyanı qəbul edəcəyi oyun olacaq. Xorvatiya isə Monteneqronu sınağa çəkəcək. L qrupunun autsayderi olan Farer adaları isə səfərdə Qibraltar ilə üz-üzə gələcək.

22:45. İsveçrə - Sloveniya
22:45. Kosovo - İsveç
22:45. Yunanıstan - Danimarka
22:45. Belarus - Şotlandiya
22:45. İsrail - İtaliya
22:45. Xorvatiya - Monteneqro
22:45. Qibraltar - Farer adaları

Xəbər lenti

Xəbər lenti