...

İndoneziyada vulkan püskürüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 10:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında yerləşən Maravi vulkanı püskürüb.

Trend xəbər verir ki, bu barədə İndoneziyanın vulkanologiya və geoloji fəlakətlərin fəsadlarının yumşaldılması mərkəzi məlumat yayıb.

Məlumata əsasən, püskürmədən sonra krater üzərində təxminən 1 kilometr yüksəkliyə kül təbəqəsi qalxıb. Hazırda qatı kül dumanının şərq istiqamətində yayıldığı deyilir.

Yerli hökumət sakinləri və turistləri ayıq-sayıq olmağa və kraterin 3 kilometrə qədər olan çevrəsinə yaxınlaşmamağa, həmçinin tənəffüs yollarını vulkanik mənşəli tozdan qorumaq üçün maska və respiratorlar taxmağa çağırıb.

Qeyd edək ki, Marapi vulkanı dəniz səviyyəsindən 2891 metr hündürlükdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti