...

Avropa çempionatı: Gənc cüdoçularımız 1/4 finalda mübarizə aparacaqlar

İdman Materials 7 Sentyabr 2025 15:03 (UTC +04:00)
Avropa çempionatı: Gənc cüdoçularımız 1/4 finalda mübarizə aparacaqlar

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının sonuncu yarış günündə qarışıq komandalar mübarizə aparacaq.

Trend-in məlumatına görə, yarışda Azərbaycan komandası da çıxış edəcək.

Millimiz 1/4 final mərhələsindən mübarizəyə qoşulacaq və Yunanıstan–İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.

Qarışıq komandalar üzrə görüşlər 6 çəki dərəcəsində (oğlanlar: 73 kq, 90 kq, +90 kq; qızlar: 57 kq, 70 kq, +70 kq) keçiriləcək. Ümumilikdə 13 yığma komanda (132 cüdoçu) mübarizəyə qatılacaq.

Xəbər lenti

Xəbər lenti