Bakı. Trend:
Dünya Çempionatı 2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 6-cı tura start verilib.
Trend xəbər verir ki, oyun günündə 8 qarşılaşma keçirilib.
E qrupunda İspaniya millisi səfərdə Türkiyənin qonağı olub və görüş qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Mikel Merino het-trik edib. Gürcüstan millisi isə doğma meydanda Bolqarıstanı məğlub edib.
J qrupunda Belçika isə Qazaxıstanı 6:0 hesabı ilə məğlub edib. Almaniya millisi isə Şimali İrlandiyanı 3:1 hesabı ilə məğlub edib.
Gürcüstan - Bolqarıstan 3:0
Şimali Makedoniya - Lixtenşteyn 5:0
Litva - Hollandiya 2:3
Belçika - Qazaxıstan 6:0
Polşa - Finlandiya 3:1
Türkiyə - İspaniya 0:6
Lüksemburq - Slovakiya 0:1
Almaniya - Şimali İrlandiya 3:1