Bakı. Trend:
İsrailin cənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanı yaxınlığında pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, pilotsuz uçuş aparatı Yəməndən buraxılıb. Qeyd edilib ki, hava hücumu sirenləri işə düşməyib və hadisə ilə bağlı araşdırma aparılır. Dağıntının miqyası dəqiqləşdirilməyib.
Gün ərzində Eylat hava limanı Təl-Əviv və Hayfaya yalnız daxili reysləri qəbul edib göndərməyi planlaşdırırdı.