...

Futbolçu Nəriman Axundzadə millinin heyətindən çıxarılıb

İdman Materials 7 Sentyabr 2025 13:13 (UTC +04:00)
Futbolçu Nəriman Axundzadə millinin heyətindən çıxarılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Trend-in məlumatına görə, bu barədə AFFA-dan bildiriblər.

Məlumata əsasən, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti