...

ABŞ-nin biznes nümayəndə heyəti Bakı Limanına səfər edib (FOTO)

İqtisadiyyat Materials 7 Sentyabr 2025 19:23 (UTC +04:00)
ABŞ-nin biznes nümayəndə heyəti Bakı Limanına səfər edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

7 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Trend-ə verilən mməlumata görə, görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasir infrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yük növlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistika həllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.

USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrə yükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti