...

İspaniyada avtobus qəzası baş verib

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 01:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Kataloniya bölgəsində avtobus qəzası baş verib.

Trend xəbər verir ki, Barselonaya gedən avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 53 nəfər xəsarət alıb.

Yaralılardan dördü yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Digər zərərçəkənlərə yerində tibbi yardım göstərilib. Avtobusdakı sərnişinlərin çoxu Fransa vətəndaşı olub. Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti