...

Yaxın vaxtlarda Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü planlaşdırılır

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 15:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın vaxtlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz "Facebook" səhifəsində yazıb.

Görüşün Ermənistanda baş tutacağı qeyd edilib.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılır", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti