Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində Qırmızı dənizin dibi boyunca uzanan sualtı fiber-optik kabellərin sıradan çıxması nəticəsində internetdə geniş miqyasda fasilələr yaranıb.
Trend xəbər verir ki, bölgənin ən böyük mobil operatorlarından biri olan Etisalat xidmətlə bağlı problemlərin aradan qaldırılması üçün çalışdığını bildirib.
Şirkət bildirir ki, yavaşlamaya səbəb sualtı telekommunikasiya xəttində yaranan fasilədir. Səlahiyyətlilər və rabitə şirkətləri sabit əlaqəni mümkün qədər tez bərpa etmək üçün addımlar atırlar.