...

Tramp və Si Cinpin Cənubi Koreyada APEC sammiti çərçivəsində görüşə bilərlər

Dünya xəbərləri Materials 7 Sentyabr 2025 11:47 (UTC +04:00)
Tramp və Si Cinpin Cənubi Koreyada APEC sammiti çərçivəsində görüşə bilərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyi planlaşdırır və oktyabrda tədbir çərçivəsində Çin sədri Si Cinpinlə görüşə bilər.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Koreya Respublikasının sədrliyi ilə APEC sammiti oktyabrın 31-dən noyabrın 1-dək Kyoncu şəhərində keçiriləcək. Bildirilib ki, Trampla Si Cinpinq arasında görüşün təşkili müzakirə olunur, lakin hələlik heç bir razılıq əldə olunmayıb.

Ağ Ev telekanala təsdiqləyib ki, ABŞ prezidentinin Cənubi Koreyaya səfəri mümkündür və onun məqsədi iqtisadi, ticarət, müdafiə və mülki enerji sahəsində əməkdaşlıq üzrə danışıqlar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti