...

Avropa liderləri Ukrayna ilə bağlı müzakirələr üçün ABŞ-yə səfər edəcək - Tramp

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 06:27 (UTC +04:00)
Avropa liderləri Ukrayna ilə bağlı müzakirələr üçün ABŞ-yə səfər edəcək - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bəzi Avropa ölkələrinin liderlərinin bazar ertəsi və çərşənbə axşamı ABŞ-yə səfər edəcək."

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz çox maraqlı müzakirələr aparırıq. Bəzi Avropa liderləri bazar ertəsi və çərşənbə axşamı ayrıca şəkildə ölkəmizə gələcəklər", – deyə Tramp qeyd edib.

Bundan başqa, Amerika lideri yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının planlaşdırıldığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti